Azərbaycan enerji diplomatiyasında qlobal gücə çevrilir | Icma.az
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir. Bakıda keçirilən beynəlxalq tədbirlər Azərbaycanın nüfuzunun daha da yüksəlməsinin
Bakı təkcə regionun deyil, dünyanın mühüm siyasi-iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir.
Prezident İlham Əliyevin sistemli siyasəti və ardıcıl diplomatik təşəbbüsləri nəticəsində Azərbaycan beynəlxalq əməkdaşlıq üçün etibarlı platforma, enerji təhlükəsizliyi üçün isə strateji tərəfdaş kimi qəbul olunur.
İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji strategiyasının yalnız regional deyil, həm də qlobal miqyasda necə nüfuz qazandığını bir daha sübut etdi.
Bu çıxış təkcə iqtisadi göstəricilərin xronologiyası deyil, həm də Azərbaycanın strateji baxışının, liderlik fəlsəfəsinin və dayanıqlı gələcək üçün müəyyən etdiyi yol xəritəsinin təqdimatı idi.
Ölkənin iqtisadi yüksəlişinin tarixçəsinə baxanda sərgidən başlayan yolun enerji diplomatiyasına doğru yüksəlişində peşəkarlığın, uzaqgörənliyin izləri aydın görünür.
1994-cü ildə təşkil olunan ilk neft-qaz sərgisi Azərbaycanın müasir inkişaf tarixində dönüş nöqtəsi oldu.
Məhz həmin il “Əsrin müqaviləsi” imzalanaraq, Azərbaycanın zəngin enerji ehtiyatlarının dünya bazarlarına inteqrasiyasına yol açdı.
Tam oxu
Xəbəri oxu