Icma.az, Olke.az portalına istinadən məlumat verir. Tarixçi alim Zaur Əliyev Azərbaycanın və ümumtürk tarixinin nadir xatırlanan, lakin ən q
Ölkə.Az-ın xəbərinə görə, alim Tonq Yabqu Xaqanın Qərbi Göytürk xaqanlığının beşinci və ən nüfuzlu hökmdarı olduğunu qeyd edib: “Tonq Yabqu
Tonq – “hücum edən, cəsur”, “düz dayanan”, “məğrur” kimi mənaları ifadə edir.
Elmi ədəbiyyatda bu ad ‘Cəsur-qurdlar’ anlamında da işlənir,” – deyə Zaur Əliyev bildirir.
Tarixçinin sözlərinə görə, cəsur sərkərdə olan Tonq Yabqu əvvəlcə şimal bölgəsindəki Toles tayfalarını öz hakimiyyəti altına alıb, daha sonra isə Fərqanə, Daşkənd, Buxara, Səmərqənd, Kaşqar, Kuca, Hötən, Turfan, Aksu kimi mühüm şəhərləri nəzarətə götürüb.
“Qərbdə yaşayan bütün şadlar və yabqular bu əraziləri artıq Türklər adına idarə edirdi.
Üçüncü Sasani-Türk müharibəsində isə Tonq Yabqu özünü Qafqaz Albaniyasının hakimi elan etmişdi,” – Zaur Əliyev əlavə edir.
Alim onu da qeyd edir ki, bu dövrdə Göytürk xaqanlığı Çin imperiyasında baş verən daxili çəkişmələr fonunda müstəqil siyasət yürütməyə başlamışdı.