“Azərbaycan Ermənistan iqtisadi əlaqələri sülh prosesinin iqtisadi dividendlərini göstərir” DEPUTAT

27.01.2026

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Ötən il Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu, Bakı və İrəvan arasında davam edən sülh prosesi fonund ilk ticarətdir.

Qeyd edək ki, Ermənistana yanacağın ixracına 2025-ci ilin dekabr ayından başlanılıb.

Gununsesi.info bildirir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd edib ki, bu prosesdə yenə də ölkəmiz ön plandadır:

“Çünki təşəbbüsü ilə ilk çıxış edən ölkə olaraq Azərbaycan, öhdəliklərinə məsuliyyətlə yanaşdığını qabarıq şəkildə nümayiş etdirir.

Ermənistanla Azərbaycan arasında son dövrlərdə diqqətçarpan iqtisadi əlaqələr əslində Ermənistanın ehtiyaclarının Azərbaycan tərəfindən ödənilməsi, eyni zamanda Azərbaycanın neft məhsullarının Ermənistana ixracı ilə bağlıdır və bu prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

Deputat əlavə edib ki, Azərbaycan yanacağının İrəvana ixracı eyni zamanda sülh prosesinin iqtisadi dividendlərini də özündə əks etdirir:

“Eyni zamanda müxtəlif mesajlar da səsləndirilir. Mesajlarda Azərbaycandan təbii qazın alınması istiqamətində fikirlər yer alıb. Məlum olduğu kimi, Azərbaycan ərazisindən artıq maye qaz Ermənistan tərəfinə çatdırılıb; bu, tranzit yüklərdir.

Ancaq birbaşa Azərbaycan və Ermənistan arasında təbii qazla bağlı hansı mərhələdə razılaşma olacağı hələ məlum deyil. Prinsip etibarilə, Vaşinqtonda imzalanan sənədlər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı sənədlər və təcrübə göstərir ki, yolun multumodal xarakteri var. Bu isə o deməkdir ki, həmin yol vasitəsilə enerji resurslarının ixracı ehtimalı daha yüksəkdir”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью