Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və təhlükəsizlik baxımından gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Uzun illər davam edən münaqişə iki ölkə arasında münasibətlərin gərginləşməsinə, sərhədlərin bağlanmasına və regional əməkdaşlığın məhdudlaşmasına səbəb olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra regionda yeni siyasi reallıq yaranmışdır. Bu reallıq sülh danışıqlarının aparılması, dövlət sərhədlərinin müəyyənləşdirilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün yeni imkanlar açmışdır.
Normallaşma prosesi yalnız iki dövlət arasında sülh müqaviləsinin imzalanması deyil, həm də gələcək nəsillərin təhlükəsiz, sabit və əməkdaşlığa əsaslanan mühitdə yaşaması deməkdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda birgə Bəyannamə imzalamışlar.
Bu görüşün əsas nəticələri:
Sülh sazişinin razılaşdırılmış mətninin paraflanması;
ATƏT-in Minsk prosesinin və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətin imzalanması;
Nəqliyyat və kommunikasiyaların açılmasına dəstək;
Regional sülh və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində razılaşmalar.
Qeyd etmək lazımdır ki, sazişin paraflanması onun imzalanması və ratifikasiyası ilə eyni deyil.
eynəlxalq münasibətlərdə yeni mərhələ: ABŞ, Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşların iştirakı ilə sülh prosesinə diplomatik dəstək göstərilmişdir.
Normallaşmanın regionun gələcəyinə təsiri
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda uzunmüddətli sabitliyin yaradılması baxımından əhəmiyyətlidir.
Sülhün təmin olunması nəticəsində:
Regionda təhlükəsizlik mühitinin yaxşılaşması;
İqtisadi və ticarət əlaqələrinin genişlənməsi;
Yeni nəqliyyat dəhlizlərinin inkişafı;
Sərhədyanı ərazilərdə sabitliyin möhkəmlənməsi;
Beynəlxalq əməkdaşlıq imkanlarının artması gözlənilir.
Lakin davamlı sülh üçün əldə edilmiş razılaşmaların həyata keçirilməsi, qarşılıqlı etimadın formalaşdırılması və mövcud problemlərin diplomatik yollarla həlli vacibdir.
Azərbaycan-Ermənistan normallaşma prosesi Cənubi Qafqazın müasir tarixində mühüm yer tutur. 2020-ci ildən sonra baş verən siyasi və diplomatik hadisələr, sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar və 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə bu prosesin əsas tarixi mərhələlərindəndir.
Bu prosesin əsas məqsədi müharibə səhifəsini geridə qoymaq, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında münasibətlər qurmaq, Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyi təmin etməkdir.
Damət Məmmədov
YAP Şərur rayon təşkilatının fəal üzvü