Azərbaycan Ermənistan sərhədi açılacaq Simonyan

26.11.2025

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Azərbaycan və Ermənistan xalqları bundan sonra sülh içində yaşayacaqlar”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“TRIPP mülki layihədir, hərbi elementi yoxdur. Burada məsələ belədir: uzun illər bir-birinə qarşı nifrət bəsləmiş iki xalq arasında elə bir məntiq tapılır ki, bu nifrət azalır və hansısa xoşagəlməz hadisənin baş verməsinə fürsət verilmir.

Bütün sərhədlər açıq olacaq, bir-birimizlə ticarət edəcəyik və edirik də. Davam edəcəyik, bir-birimizlə sülh içində yaşayacağıq”, - Alen Simonyan vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью