Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Dünya Bankı Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı iqtisadi artım proqnozunu yeniləyib.
Axar.az xəbər verir ki, DB mütəxəssisləri Ermənistan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlarını artırıblar. Onların hesablamalarına görə, Ermənistan iqtisadiyyatı bu il 5,6%, 2027-ci ildə 5,3%, 2028-ci ildə 5,1% artacaq.
Ümumilikdə, Cənubi Qafqaz regionunda artımın əsas hərəkətverici qüvvəsi xidmət sektoru olaraq qalır və Ermənistan iqtisadiyyatının inkişafı mənzil və infrastruktur tikintisinin aktiv artımı ilə bağlıdır.
DB ekspertləri Azərbaycanla bağlı bundan öncə elan etdikləri proqnozu azaldıblar. Belə ki, Azərbaycanın iqtisadi inkişafının 2026-cı il üçün 1,2%, 2027-ci ildə 1,8%, 2028-ci ildə isə 1,9% olacağı gözlənilir.
Bu, neft sektorunda davam edən struktur geriləmə və qeyri-neft sektorunun gözləniləndən daha passiv inkişafı səbəbindən dövlət kapital xərclərinin azalması ilə izah edilib.
Gürcüstan bu il Cənubi Qafqazda ən yüksək iqtisadi artım tempini qoruyub saxlayacaq: 7%-ə yaxın. Dünya Bankı 2027-ci ildə Gürcüstan iqtisadiyyatının 5,5%, 2028-ci ildə isə 5% artacağını gözləyir.