Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə Rumıniyadan təşəbbüs

16.11.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rumıniya Qara dəniz regionunda təhlükəsizliyin təmin edilməsi və nəqliyyat əlaqələrinin inkişafı məsələlərini Azərbaycan, Ermənistan və Türkiyə ilə müzakirə etməyi planlaşdırır.

Bu barədə Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesku Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Şuranın iclası başa çatdıqdan sonra Qara dəniz regionuna həsr olunmuş ayrıca nazirlər səviyyəsində görüş keçiriləcək. Tədbirdə Avropa İttifaqının tərəfdaşları da iştirak edəcəklər.

“Yalnız nəqliyyat əlaqələrini deyil, həm də təhlükəsizliyi müzakirə etmək vacibdir. Bu, böyük əhəmiyyət daşıyır və tərəfdaşlarımızın fikirləri də bizim üçün çox vacibdir”, – deyə nazir bildirib.

O vurğulayıb ki, Buxarest regional tərəfdaşlarla bu məsələlərin müzakirəsinə xüsusi əhəmiyyət verir.

AzPost.az

Post navigation

Previous: Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью