Azərbaycan Ermənistana bu qədər xal verdi Video

13.12.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

“Uşaq Avroviziya 2025” mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. 

Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Xallar Leyla Adıgözəlzadə tərəfindən elan edilib.

Digər xallar isə belədir:

Albaniya - 10 xal
Gürcüstan - 8 xal
San Marino - 7 xal
Polşa - 6 xal
Fransa - 5 xal
İspaniya - 4 xal
Ermənistan - 3 xal
Kipr - 2 xal
Malta - 1 xal 

Qeyd edək ki, Leyla Xalq artisti Murad Adıgözəlzadə və onun keçmiş xanımı, “Avroviziya 2009” mahnı müsabiqəsinin üçüncüsü Aysel Teymurzadənin qızıdır.

Müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edir O, səhnəyə ikinci çıxıb. Yağmur həm Azərbaycan, həm də ingilis dillərində yazılmış "Miau Miau" mahnısını ifa edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью