“Azərbaycan Ermənistanı sülhə məcbur edə bilər” | Icma.az
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycanda təhlükəsizlik sistemində və hərbi sahədə həyata keçirilən tədbirlər, islahatlar davam edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.
“Bütün bunlar da, şübhəsiz, Silahlı Qüvvələrin bütün növ qoşun birləşmələrinin maddi-texniki bazasının gücləndirilməsinə, şəxsi heyətin peşəkarlığının və döyüş ruhunun yüksəldilməsinə töhfələr verir.
Hərbi üstünlüyümüzü şərtləndirən və möhkəmləndirən mühüm nailiyyətlər isə faktiki olaraq, Azərbaycanın Qafqazın ən böyük hərbi gücü və etibarlı təhlükəsizliyə sahib olma faktının isbatıdır.
Azərbaycan bölgənin yeni təhlükəsizlik, iqtisadi-sosial, siyasi, humanitar sistemini formalaşdıraraq, onun sabitlik və inkişaf istiqamətlərini müəyyənləşdirir.
Son onilliklər ərzində dünyanın qaynar nöqtələri sırasında qeyd edilən Qafqaz bölgəsi Prezident İlham Əliyevin Zəfər missiyasının nəticəsində indi dayanıqlı təhlükəsizlik, davamlı inkişaf, etibarlı əməkdaşlıq ünvanına çevrilib”, - R.Usubov qeyd edib.
R.Usubov qeyd edib ki, Azərbaycan savaşın qalibi və bölgənin hərbi güc mərkəzi statusundan bəhrələnərək, əlindəki real vasitələrlə məğlub Ermənistanı qalıcı sülhə, yəni sülh müqaviləsini imzalamağa məcbur edə bilər: “Azərbaycan bunu həm beynəlxalq hüququn tələblərinə əsaslanaraq, həm də beynəlxalq təcrübədə olan onlarla fakta istinad edərək gerçəkləşdirmək iqtidarındadır.
Tam oxu
Xəbəri oxu