Azərbaycan Ermənistanın təkliflər paketinə cavab verib

05.11.2024

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Azərbaycan Ermənistanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verib.

“Ölkə az” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Bu gün biz Azərbaycan tərəfdən sülh müqaviləsi layihəsi (11-ci təkliflər paketi) ilə bağlı cavab təkliflərini aldıq”, - deyə Badalyan bildirib.

Qeyd edək ki, bu gün Ermənistan sülh sazişinin tam razılaşdırılması üçün növbəti təkliflər paketini Azərbaycana göndərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью