Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Mənə demişdilər ki, ölkə başçımız, cənab Prezident İlham Əliyev gələcək, yarışı izləyəcək. Sanki elə bildim ki, o da bizi izləyir”.
“Qafqazinfo” xəbər verir ki, bunu güləşçimiz Kənan Qasımov bürünc medal qazandıqdan sonra deyib.
“Rəşad Nəbiyevi, Elnur Məmmədlini - hər kəsi orada gördüm. Azərbaycan əsgəri olaraq salam verdim”, - deyə Kənan etdiyi hərəkətin mənasını da açıqlayıb.