Azərbaycan “Əsrin Müqaviləsi” ilə Avropanın ənənəvi enerji təminatında mühüm aktor roluna gəlib

13.02.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Cənab Prezidentin yerli və xarici telekanallara müsahibəsi hər zaman məzmunca mühüm mesajları özündə ehtiva etməklə yanaşı, ölkəmizin də içərisində olduğu qlobal prosesləri daha yaxşı anlamağa və xarici siyasət vektorlarını daha aydın görməyə imkan verir. Bu baxımdan İlham Əliyevin Davosda yanvar ayında baş tutan Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN kanalına müsahibəsi diqqətəlayiqdir”.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada qeyd olunmalı vacib məqamlardan biri Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı Şərq-Qərb yaşıl enerji dəhlizinin inkişaf etdirilməsi ilə bağlıdır: “Bilirik ki, ölkəmizdə keçirilən COP29 qlobal iqlim tədbirindən öncə, daha dəqiq tarixlə 3 sentyabr 2024-cü ildə Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan ilə birgə “Yaşıl Enerji Dəhlizi”nin yaradılması üzrə müqavilə imzalamışdı. Bu müqaviləyə görə Azərbaycan özünün gedərək artan yaşıl enerji potensialını Qərbə ixrac etməyi qarşısına yeni hədəf olaraq qoyub”. Çin kanalına müsahibəsi zamanı cənab Prezident Azərbaycanı Çin ilə birləşdirəcək yaşıl enerji xəttinə diqqət çəkərək, gələcəkdə bu xəttin Avropa istiqamətində, Qara dənizin dibi ilə çəkiləcək yaşıl enerji xəttliyə birləşdirilməsindən bəhs etdi. Beləliklə Azərbaycanın yeni qlobal enerji dəhlizinin formalaşmasında əsas bağlayıcı ölkə olacağı və gedərək artan strateji əhəmiyyəti vurğulandı. Azərbaycan 1994-cü ildə “Əsrin Müqaviləsi” ilə Avropanın ənənəvi enerji (neft-qaz) təminatında mühüm aktor roluna gəlmişdir ki, bu, günümüzdə ölkəmizi Aİ-nin enerji sahəsində strateji tərəfdaşına çevirmişdir. Eləcə də yaşıl enerji sahəsində əməkdaşlıq əlaqələri gedərək dərinləşdirilməklə gələcəkdə daha da güclənəcək. Çünki, Azərbaycan artıq həm də Çinin və Mərkəzi Asiyanın enerji resurslarını Avropaya daşıyacaq. Bu, Avropanın enerji təminatında ölkəmizin rolunu daha da artıracaq”.

Şəhla Cəlilzadə

Politoloqun fikrincə, ölkəmizə bu rolun verilməsi Azərbaycanın bütün dünyada etibarlı tərəfdaş olaraq tanınması ilə əlaqədardır: “Ölkəmizə bu statusu qazandıran Prezident İlham Əliyevin qlobal liderlik bacarıqları sayəsində Azərbaycan gedərək dünyadakı ən vacib strateji bağlayıcı ölkə statusuna yiyələnməkdədir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью