Azərbaycan Estoniya matçına nə qədər bilet satılıb? İdmanXəbər

15.11.2024

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəbələdə keçiriləcək Azərbaycan – Estoniya oyununa satılan biletlərin sayı bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, qarşılaşmada satışa çıxarılan 1800 biletdən 800-ü satılıb. Oyun saatına qədər bütün biletlərin alınacağı gözlənilir.

Xatırladaq ki, UEFA təhlükəsizlik baxımından Qəbələ şəhər stadionundakı bəzi tribunalara azarkeşlərin buraxılmasına icazə verməyib. Bu səbəbdən də satışa çıxarılan biletlərin sayı stadionun tutumundan azdır.

Qeydə edək ki, Azərbaycan – Estoniya matçı sabah saat 18:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью