Azərbaycan Estoniya matçında anşlaq gözlənilir | Icma.az
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda bu gün keçiriləcək Azərbaycan - Estoniya matçının bütün biletləri satılıb.
Fanat.Az-ın məlumatına görə, qarşılaşma üçün nəzərdə tutulan 1800 bilet artıq alınıb.
UEFA təhlükəsizlik baxımından Qəbələ şəhər stadionundakı bəzi tribunalara azarkeşlərin buraxılmasına icazə verməyib.
Bu səbəbdən də satışa çıxarılan biletlərin sayı stadionun tutumundan azdır.
Qeyd edək ki, Azərbaycan - Estoniya görüşü saat 18:00-da başlayacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu