Azərbaycan Estoniya oyunu qolsuz başa çatdı YENİLƏNİB

16.11.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qəbələ şəhər stadionunda keçirən Azərbaycan - Estoniya matçı qolsuz başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, C Liqasının I qrupunun oyunu heç-heçə ilə yekunlaşıb.

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.

Millimiz əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

***

18:01

UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçına start verilib.

C Liqasının I qrupunun görüşü Qəbələ şəhər stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью