Azərbaycan Estoniya oyunu qolsuz heçheçə ilə yekunlaşıb

16.11.2024

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Qəbələdə üz-üzə gələn Azərbaycan və Estoniya yığmaları arasında oyun başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra qrupda ilk xalını qazanan Azərbaycan yığması sonuncu - 4-cü pillədə qərarlaşıb. Estoniya isə 4 xalla 3-cü sıradadır.

Azərbaycan millisi qrupda son matçını noyabrın 19-da səfərdə İsveç seçməsinə qarşı keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью