Azərbaycan Estoniya oyununun biletləri satışa çıxarılıb

04.11.2024

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Millətlər Liqasının qrup mərhələsində Qəbələdə Azərbaycan və Estoniya yığmaları arasında keçiriləcək V tur oyununun biletləri satışa çıxarılıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər sektorlara görə 2 və 5 manat təşkil edir.

VİP sektoruna biletlərin qiyməti isə 20 manatdır. Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür.

Oyun günü həmçinin, Qəbələ şəhər stadionunda bilet satışı nəzərdə tutulub.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan – Estoniya qarşılaşması saat 18:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью