Azərbaycan Estoniya oyununun biletləri satışa çıxarılıb

04.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

UEFA Millətlər Liqasında qrup mərhələsinin V turunun noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Estoniya oyununun biletləri satışa çıxarılıb.

Ölkə.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Oyun günü Qəbələ şəhər stadionunda bilet satışı nəzərdə tutulub. Biletlərin qiymətləri və satış ünvanları belədir:

1-ci kateqoriya - 5 manat

2-ci kateqoriya - 2 manat

VİP - 20 manat

iTicket.az satış məntəqələri:

Gənclik Mall

28 Mall

Köşk 1 (Sahil m. M.Rəsulzadə 3)

Köşk 2 (Bülbül prospekti, Nizami küç.)

1 Saylı ASAN xidmət mərkəzi

2 Saylı ASAN xidmət mərkəzi

3 Saylı ASAN xidmət mərkəzi

4 Saylı ASAN xidmət mərkəzi

1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью