Azərbaycan ət idxalına 57 mln. dollara yaxın xərc çəkib

20.07.2026

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana 56 milyon 753 min ABŞ dolları dəyərində 24 min 414 ton ət idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 9%, dəyəri isə 20,3% artıb.

Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana 47 milyon 181 min dollar dəyərində 22 min 396 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,68%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью