Azərbaycan ət idxalına çəkdiyi xərci 6% dən çox artırıb

21.02.2025

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında Azərbaycana 9 milyon 93 min ABŞ dolları dəyərində 4 min 91 ton ət idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 7,2% azalıb, dəyəri isə 6,5% və ya 551 min dollar artıb.

Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min dollar dəyərində 4 min 410 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,44%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью