Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur | Icma.az
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycan Prezidenti Cənab İlham Əliyev ardıcıl olaraq hər il Davos Dünya İqtisadi Forumunda iştirak edir və ölkəmiz üçün olduqca səmərəli təmaslar qurur, müzakirələr, görüşlər keçirir.
2026-cı il, yanvarın 19-23-ü tarixlərində baş tutan Davos Dünya İqtisadi Forumu çərçivəsində də ölkə rəhbəri iştirak edir və təmasları genişləndirir.
Əvvəlki illərin təcrübəsinə diqqət yetirsək görərik ki, bu platformada ölkə prezidentinin iştirakı Azərbaycana yeni-yeni investisiyaların cəlb edilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından hər zaman istisnasız olaraq səmərəli keçib”.Bu fikirləri Newscenter.az-a sabiq millət vəkili, siyasi şərhçi Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Davosa səfəri və orada keçirdiyi görüşləri şərh edərkən səsləndirib.
Onun sözlərinə görə, bu dəfəki görüşlər də bir daha nümayiş etdirir ki, bu platformada ölkə prezidentinin iştirakı gələcək perspektivlər, uğurlu təmasları təmin edəcək:“Bir neçə məqamla bunu əsaslandırmaq mümkündür.
Birincisi, ölkə prezidenti Forumda iştirak edən ölkələrin dövlət və hökumət rəhbərləri, böyük şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri ilə çox dinamik və səmərəli görüşlər keçirməkdədir.
Bu görüşlər zamanı Azərbaycanla həmin ölkələr, təşkilatlar, yaxud şirkətlər arasındakı konkret əməkdaşlığın səviyyəsi müzakirə olunur, gələcək əməkdaşlıq imkanlarına nəzər salınır.
Növbəti dəfə görürük ki, Azərbaycan Prezidenti ölkəmizin maraqlarının, iqtisadi prioritetlərinin qorunması istiqamətində yorulmadan çalışmaqdadır.
Tam oxu
Xəbəri oxu