Azərbaycan etibarlı tərəfdaşdır ŞƏRH

16.07.2026

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

IV Şuşa Qlobal Media Forumu beynəlxalq media nümayəndələrinin, ekspertlərin və rəsmi şəxslərin iştirak etdiyi mühüm platforma kimi informasiya mübadiləsinə, media sahəsində əməkdaşlığın genişlənməsinə və qlobal məsələlərin müzakirəsinə növbəti töhfəsini verib

Ölkə Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda iştirak edərək yerli və xarici media nümayəndələri ilə görüş keçirib. Forum çərçivəsində dövlət başçısı jurnalistlərin ünvanladığı sualları cavablandırıb, ölkənin daxili və xarici siyasəti, regional əməkdaşlıq, nəqliyyat layihələri, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf və media sahəsində görülən işlər barədə fikirlərini bölüşüb.

Prezident çıxışında Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq olduğunu, regionda sülhün və sabitliyin təmin edilməsinin ölkənin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O, həmçinin Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat dəhlizlərinin inkişafı və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi barədə ətraflı məlumat verib. Ölkə rəhbərinin söylədiyi kimi, Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir.

Görüş zamanı media nümayəndələri müxtəlif mövzularda suallar ünvanlayıblar. Prezident İlham Əliyev bütün sualları ətraflı cavablandıraraq Azərbaycanın mövqeyini izah edib və ölkənin gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, Azərbaycan hazırda nəqliyyat və kommunikasiya bağlantılarının genişləndirilməsi istiqamətində mühüm işlər görür. Ölkə rəhbəri vurğulayıb ki,son illərdə Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqeyin əhəmiyyəti gözləniləndən də çox artıb və bu amil ölkənin beynəlxalq nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirib”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın həm Qərb, həm də Şərq istiqamətində yerləşən qonşuları ilə münasibətləri yüksək səviyyədədir.Eyni zamanda, Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Avropa dövlətləri ilə uğurlu əməkdaşlıq nəqliyyat dəhlizlərinin inkişafına əlverişli şərait yaradır. Bu əməkdaşlıq təkcə iqtisadi əlaqələrin genişlənməsinə deyil, həm də regionda etibarlı və dayanıqlı logistika sisteminin formalaşmasına xidmət edir. Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək ümumi strategiyamızın tərkib hissəsidir.

Cənab Prezident göstərib ki, mövcud imkanlardan maksimum səmərə ilə istifadə etmək məqsədilə ölkədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Müasir avtomobil yollarının və dəmir yolu xətlərinin tikintisi, liman və logistika mərkəzlərinin inkişafı, yükdaşıma imkanlarının artırılması Azərbaycanın beynəlxalq nəqliyyat marşrutlarında mövqeyini daha da möhkəmləndirir. Bu layihələr sayəsində ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm tranzit körpüsü funksiyasını uğurla yerinə yetirir.

Dövlət başçısı bildirib ki, Azərbaycanın əsas hədəfi beynəlxalq nəqliyyat dəhlizlərinin daha səmərəli fəaliyyətini təmin etmək, yükdaşımaların həcmini artırmaq və tranzit potensialını maksimum səviyyədə reallaşdırmaqdır. Bu istiqamətdə həyata keçirilən islahatlar və infrastruktur yatırımları ölkənin qlobal ticarət zəncirində rolunu daha da gücləndirir.

Bu gün Azərbaycanın əlverişli coğrafi mövqeyi, balanslaşdırılmış və sabit xarici siyasəti, qonşu və tərəfdaş ölkələrlə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı ölkəmizin regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayır. Eyni zamanda, ölkədə yaradılan müasir nəqliyyat infrastrukturu, beynəlxalq dəhlizlərə inteqrasiya və həyata keçirilən strateji layihələr Azərbaycanın Avrasiya məkanında etibarlı tranzit tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir. Bütün bunlar ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun genişlənməsinə, xarici ticarətin artmasına və regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir.

Elşad Cəfərov

YAP Culfa rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью