Azərbaycan Əvəzedicilər liqasında püşkatma mərasimi keçirilib

05.08.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Əvəzedicilər liqasında 2025-2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak ediblər.

10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin I və XIX turlarının (III dövrənin) püşkləri atılıb. 16 avqust tarixində start götürəcək yeni mövsümün I və XIX turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:

I tur
“Qəbələ-2” – “Kəpəz-2”
“Zirə-2” – “Neftçi-2”
“Şamaxı-2” – “Qarabağ-2”
“Sumqayıt-2” – “Araz Naxçıvan-2” 
“Sabah-2” – “Turan Tovuz-2”

XIX tur
“Sabah-2” – “Sumqayıt-2”
“Şamaxı-2” – “Araz Naxçıvan-2”
“Qarabağ-2” – “Neftçi-2”
“Zirə-2” – “Qəbələ-2”
“Turan Tovuz-2” – “Kəpəz-2”

Qeyd edək ki, Əvəzedicilər liqasında 2025-2026-cı illər mövsümünün tam təqvimi yaxın günlərdə sayta yerləşdiriləcək.

"Qəbələ" iki futbolçusunun müqaviləsini uzadıb Namik Ələsgərov "Zirə"də - RƏSMİ “Turan Tovuz” Mərakeş klubu ilə üz-üzə - YENİLƏNİR "Karvan"da yeni müqavilə - RƏSMİ “Şamaxı”dan növbəti transfer
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью