Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Gürcüstan Döyüş Liqasının (GCL) təşəbbüsü və təşkilatçılığı, Marneuli Meriyasının və Azərbaycan Evinin dəstəyi ilə Marneulidə MMA (qarışıq döyüş sənətləri) turniri keçirilib.
Turnirdə 24 çəki dərəcəsi üzrə 12 idmançı mübarizə aparıb. Yarışda gürcü döyüşçülərlə yanaşı, azərbaycanlı idmançılar da iştirak edərək öz bacarıq və hazırlıqlarını nümayiş etdiriblər.
Gecənin diqqətçəkən nəticələrindən biri Marneuli idmançısı Sənan Xəlilovun uğuru olub. O, 70 kiloqram çəki dərəcəsində rəqibi üzərində qələbə qazanaraq turnirin çempionu tituluna sahib olub.
Turnirdə Kvemo-Kartli qubernatorunun müavini Avtandil Tsiriqişvili, Marneuli meri Daur İsmayılov, Azərbaycan Evinin direktoru Məhəbbət İmanov, merin birinci müavini Qiorqi Qodabrelidze, meriyanın struktur bölmələrinin rəhbərləri və bölgənin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Evi idmanın, sağlam həyat tərzinin və gənc idmançıların inkişafının təşviqinə dəstək verməkdən məmnundur.
P.ƏMİRCANOV
XQ