Azərbaycan FIFA reytinqində üç pillə irəlilədi

18.11.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib.

Milli.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda hazırda 1145.18 xalla 124-cü pillədə qərarlaşıb.

Azərbaycan yığması UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edib.

Xatırladaq ki, FIFA reytinqinin ilk sırasında İspaniya (2004.48) seçməsi qərarlaşıb. Argentina millisi (1966.13) ikinci, Fransa komandası (1950.82) üçüncüdür.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью