Azərbaycan Filippində beynəlxalq festivalda təmsil olunub

11.02.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Filippin Respublikasında fəaliyyət göstərən Manila Beynəlxalq Məktəbində mədəniyyət festivalı keçirilib.

Bakıvaxtı.az bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, beynəlxalq festivalda 30-dan çox ölkənin mədəniyyəti, adət-ənənələri və milli təamları nümayiş olunub.

Filippindəki Azərbaycan diasporu festivala 23 nəfərlik heyətlə qatılıb. Milli mətbəximizin  yarpaq dolması, kələm dolması, ləvəngi, kükü, Qarabağ kətəsi, dovğa və digər yeməkləri qonaqlara təqdim edilib. Yarpaq dolması və dovğa xüsusi rəğbətlə qarşılanıb.

Ölkəmizə məxsus stenddə Azərbaycan xalçası və milli ornamentli suvenirlər də sərgilənib, ziyarətçilərə Vətənimiz haqqında ətraflı məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью