Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
11-14 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində XII Beynəlxalq “Umid” Kinoforumu keçirilib.
Redaktor.az xəbər verir ki, kino tədbirində ölkəmiz iki ekran əsəri ilə – Azər Quliyevin “Sanki yoxsan” və Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” filmləri ilə təmsil olunub.
“Sanki yoxsan” filmi münsiflər heyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq müsabiqənin baş mükafatı – Qran-priyə layiq görülüb.
Azərbaycan və Fransanın birgə istehsalı olan “Sanki yoxsan” filminin quruluşçu rejissoru Azər Quliyev, baş prodüseri Mehman Fətullayev, prodüseri Əli-Səttar Quliyev, quruluşçu rəssamı Quram Navrozaşvilidir.
Eyni zamanda, Azərbaycan nümayəndə heyəti tərəfindən beynəlxalq kinoforumda ermənilərin ölkəmizə qarşı növbəti təxribatının qarşısı alınıb.
Qeyd edək ki, kinoforuma qatılan və ölkəmizə qarşı təxribata cəhd edən bədnam qonşularımızın niyyətləri boşa çıxarılıb.
Layihənin müsabiqə proqramına Ermənistandan təqdim olunan “David bağı” adlı sənədli film Azərbaycan nümayəndə heyəti tərəfindən təhlil edilib və onun xalqlar arasında münaqişənin kəskinləşməsinə səbəb ola biləcək zərərli mesajlar verdiyi müəyyənləşdirilib.