Azərbaycan finala keçə bilmədi

14.05.2025

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

Axşam.az-ın məlumatına görə, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

Yarışmada ölkəmizi “Run with you” mahnısı ilə təmsil edən "Mamagama" qrupu finala çıxa bilməyib.

Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna kimi ölkələrin təmsilçiləri isə finala vəsiqə qazanıblar.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью