Azərbaycan Finlandiyada ilk dəfə təmsil olunduğu “Junction 2024” hakatonunda qalib gəlib AZƏRTAC

19.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “EESTEC Baku” tərəfindən təşkil olunan “JunctionX Baku’24” tədbirinin qalibi olan “Evergreen” komandası Helsinkidə keçirilən qlobal tədbirdə iştirak edərək böyük uğur qazanıb.

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, təmsilçimiz “Fingrid” tərəfindən təşkil edilən “Empowering Development Transparency” (İnkişafın Şəffaflığını Gücləndirmək) adlı çağırışda qalib gəlib və 1500 avroluq mükafata sahib olub.

“Junction 2024” 80-dən çox milləti təmsil edən, dünyanın müxtəlif yerlərindən gələn mindən çox seçilmiş iştirakçını bir araya gətirib. Tədbirdə 48 saat ərzində 250-dən çox layihə yaradılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью