Azərbaycan fondu üçün qızıl il 37,6 milyard gəlir əldə etdiyini açıqladı: BÖYÜKLÜYÜ 125 MİLYARD MANATI KEÇİB

27.01.2026

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb.

 Qeyd edilib ki, 2025-ci ilin sonunda ARDNF-nin aktivləri ilin əvvəli 60 milyard ABŞ dolları ilə müqayisədə 22,5% artmaqla 73,5 milyard ABŞ dollarına çatmışdır.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il ARDNF-nin gəlirləri 37,6 milyard manat, xərcləri isə 14,6 milyard manat, o cümlədən neft-qaz sazişləri üzrə karbohidrogenlərin satışından gəlirlər 9,5 milyard manat olmuşdur.

ARDNF-nin investisiya gəlirliliyi 6,2% təşkil etmiş, bu isə 6,9 milyard manat və ya 4 milyard ABŞ dolları həcmində investisiya gəliri ilə nəticələnmişdir.

Dövlət büdcəsinə ARDNF tərəfindən 14,5 milyard manat köçürülmüşdür.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Fondun aktivləri 2025-ci ilin əvvəlinə 60 milyard 31,4 milyon ABŞ dolları (102 milyard 53,3 milyon manat ) təşkil etmiş, 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 milyard 541,5 milyon ABŞ dollarına (125 milyard 20,5 milyon manata) çatmışdır.

2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37 milyard 594,4 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 milyard 434,0 milyon manat olmuşdur. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 milyard 627,2 milyon manat təşkil etmişdir.

Büdcə gəlirləri:

Neft-qaz gəliri.2025-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 milyard 266,3 milyon manat olmuşdur, o cümlədən:

• mənfəət neftinin və qazın satışından 9 milyard 497,0 milyon manat,

• bonus ödənişləri və tranzit gəlirləri 765,7 milyon manat,

• akrhesabı ödənişlər 3,6 milyon manat.

Qeyd edilib  ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 8 milyard 292,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 958,8 milyon manat məbləğində vəsait daxil olmuşdur.

İnvestisiya gəliri.Fondun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6.2% təşkil etmiş, nəticədə 6 milyard 894,1 milyon manat həcmində gəlir əldə edilmişdir.

Büdcə xərcləri:

Büdcəyə transfert.Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 milyard 481 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

Layihə xərcləri.2025-ci ilin yanvar-dekabr aylarında aşağıdakı icrası davam edən layihələrə 105,5 milyon manat yönəldilmişdir, o cümlədən:

• “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18,6 milyon manat,

• “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 86,9 milyon manat.

İdarəetmə xərcləri. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 40,7 milyon manat təşkil etmişdir.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

2025-ci il ərzində maliyyə bazarlarındakı tendensiyalar ARDNF-nin aktivlərinə müsbət təsir göstərmişdir.

ABŞ-də əmək bazarının nisbətən zəifləməsi və tariflərin tətbiqindən gözlənilən inflyasiyanın reallaşmaması səbəbindən, Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi fonunda, Birləşmiş Krallıqda isə əsasən əmək bazarının zəifləməsi nəticəsində mərkəzi banklar uçot faiz dərəcələrini endirmişdir ki, bu da öz növbəsində istiqrazların gəlirliliyinə müsbət töhfə vermişdir. Bununla yanaşı, istiqrazlarda hələ də müşahidə olunan yüksək faiz dərəcələri ARDNF-nin borc öhdəlikləri altportfelinin əsas gəlirlilik komponenti olmuşdur.

ARDNF-nin səhm investisiyaları da il ərzində müsbət gəlirlilik göstərmişdir. Şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlı olması, texnologiya sahəsində, o cümlədən süni intellekt sahəsində əldə edilən irəliləyişlər, həmçinin qabaqcıl mərkəzi bankların faiz dərəcələrini endirməsi bazarlarda müsbət dinamikanı şərtləndirmişdir.

Ötən ildə daşınmaz əmlak və infrastruktur investisiyalarının gəlirliliyi sektorlardan asılı olaraq fərqli nəticələr nümayiş etdirmişdir. Ofis sektorunda müşahidə edilən təzyiqlərin davam etməsinə baxmayaraq, logistika, yaşayış tipli daşınmaz əmlaklar və infrastruktur aktivlərinə tələbin yüksək olması sözügedən sektorlarda dayanıqlı gəlirliliyi təmin etmişdir. Nəticədə, ARDNF-nin daşınmaz əmlak altportfeli 2025-ci ildə müsbət gəlirlilik əldə etmişdir.

Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bununla da, ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью