Azərbaycan Fransa ilə görüşdə hesabı açdı YENİLƏNİR

16.11.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Fransa oyunu başlayıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakə qarşılaşma saat 21:00-da start götürüb.

Azərbaycan millisi ilk dəqiqələrdə hesabı açdı - 1:0

Matçı latviyalı Andris Treymanis idarə edir.

D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью