Bakivaxti saytına istinadən Icma.az xəbər verir. Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Azərbaycan xarici iş
Parisin Ermənistanı açıq şəkildə silahlandırması, Fransa parlamenti və siyasi dairələrinin Azərbaycana yönəlik tənqidi ritorikası, eləcə də
Buna baxmayaraq, Vyana görüşü göstərdi ki, tərəflər ən azı kommunikasiya kanallarını tam bağlamaq niyyətində deyillər.
Bu, həm regional proseslərin idarə olunması, həm də Avropa ilə əlaqələrin minimum səviyyədə qorunması baxımından vacibdir.Baş tutan görüşün mahiyyəti və onun mümkün nəticələri ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, görüşün əsas gündəliyini Azərbaycan-Ermənistan normallaşma prosesi təşkil edib.
Azərbaycan tərəfi Fransanın Ermənistana silah tədarükünün bölgədə hərbi balansı pozduğunu və sülh prosesinə zərər vurduğunu qarşı tərəfin diqqətinə çatdırıb:“Sərhəd delimitasiyası, kommunikasiyaların açılması və sülh sazişi üzrə danışıqların mövcud vəziyyəti haqda məlumat verilib.
Paris isə regiondakı vəziyyət barədə birbaşa məlumat almağa və öz mövqeyini aktual geosiyasi proseslərə uyğunlaşdırmağa çalışıb.
Tərəflər ATƏT çərçivəsində işlək dialoq mexanizmlərinin saxlanmasının vacibliyini vurğulayıb.
Ümumilikdə, müzakirələr mövqelərin açıq şəkildə ifadəsinə və gələcək diplomatik addımların qiymətləndirilməsinə yönəlib”.Hazırkı mərhələdə Azərbaycan–Fransa münasibətlərini dəyərləndirən politoloq deyib ki, münasibətlər açıq şəkildə gərgin, lakin qopma həddində olmayan vəziyyətdədir.