Azərbaycan Fransa oyununa bütün biletlər satıldı

15.11.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

DÇ-2026-nın seçmə mərhələsində D qrupunun son matçı Azərbaycan-Fransa oyununa maraq böyükdür.

"Yeni Sabah" xəbər verir ki, oyun üçün satışa çıxarılan bütün biletlər alınıb.

Tamaşaçı tutumu 31 200 nəfər olan Tofiq Bəhramov adına Respublika stadionu tam dolu olacaq.

Qeyd edək ki, oyunun biletlərinin qiyməti 5-200 manat aralığında təyin edilib.

Xatırladaq ki, Azərbaycan - Fransa oyunu noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью