Azərbaycan Fransa şirkəti ilə əməkdaşlığı müzakirə edib

15.11.2024

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Fransanın “Schneider Electric” şirkəti arasında karbonsuzlaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq müzakirə olunub.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev COP29 çərçivəsində “Schneider Electric”in beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti Maniş Pant ilə görüşüdə aparılıb.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, həmçinin, “yaşıl enerji” təhlükəsizliyi tədbirləri, “yaşıl keçid” layihələri, ekosistemin rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi üzrə görülən işlər barədə məlumat verilib, bu kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Tərəflər bərpaolunan enerjidən istifadə, karbonsuzlaşma, rəqəmsallaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью