Azərbaycan Fransanı qəbul edir YENİLƏNİR İdmanXəbər

16.11.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu – 6-cı tur matçına çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda evdə Fransanı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq. Oyunu Latviyadan olan hakimlər briqadası idarə edəcək.

 Hazırda D qrupunda Fransa 13 xalla liderdir. Didye Deşamın komandası artıq mundiala vəsiqəni təmin edib. İslandiya 7 xalla 2-ci, eyni xalı olan Ukrayna 3-cü, 1 xala malik Azərbaycan isə 4-cüdür. 

DÇ-2026-nın seçmə mərhələsi

16 noyabr

D qrupu 

21:00. Azərbaycan – Fransa

Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksey Spasennikovs, Vitalis Spasyoņņikovs (Latviya)

VAR: Kley Ruperti (Niderland)

AVAR: Kristaps Ratnieks (Latviya)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью