Azərbaycan Fransaya investisiyanı 11 %ə yaxın azaldıb

31.12.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin 9 ayı ərzində Azərbaycan Fransa iqtisadiyyatına 16,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu isə 1 il əvvələ nisbətən 10,8 % azdır.
Hesabat dövründə Azərbaycanın Fransa iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,2 % təşkil edib.
Fransa isə bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına 91,6 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,8 dəfə çoxdur.
Hesabat dövründə Fransanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 % olub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью