Azərbaycan Fransaya uduzur Yenilənir

10.10.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağıdır. Parisdəki  “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Hazırda D qrupunda Fransa 6 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - 4-cüdür. Bu qrupun digər oyununda İslandiya Ukraynanı qəbul edir.

Qeyd edək ki, Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində üçüncü dəfə üz-üzə gəlirlər. Daha əvvəl bu komandalar hələ Avro-1996-nın seçmə mərhələsində qarşılaşıblar. Trabzon şəhərində keçirilmiş ilk qarşılaşmada (13 dekabr, 1994) Azərbaycan milliisi 0:2 hesabı ilə uduzub, Oser şəhərində baş tutan ikinci oyunda (6 sentyabr, 1995) isə Fransa 10:0 hesabı ilə qələbə qazanıb. Bu, millimizin tarixində ən böyükhesablı məğlubiyyətdir.

DÇ-2026, seçmə mərhələ

D qrupu

22:45. Fransa - Azərbaycan - 1:0 (İkinci hissə)

Qol: Mbappe, 45+2

Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff

VAR: Tom Harald Hagen

AVAR: Siqurd Krinqstad

Turnir cədvəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью