Azərbaycan futbol tarixində ilk dəfə Naxçıvandan olan hakimlər Respublika dərəcəli yarışa təyinat alıblar

18.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan futbol tarixində ilk dəfə Naxçıvandan olan hakimlər briqadası AFFA-nın təşkil etdiyi Respublika dərəcəli yarışa təyinat alıblar.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, U-17 Liqasının XIX turunda keçirilən “Neftçi” – “Şamaxı” oyununda reallaşıb.

“Neftçi Futbol Mərkəzi”ndə baş tutan matçı Pərviz İbrahimov idarə edib. Vüsal Xəlilzadə və İlkin Mustafazadə baş hakimin köməkçiləri qismində fəaliyyət göstəriblər.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью