Azərbaycan futbolu qara günlərindən birini yaşadı Komitə sədri

20.11.2024

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Biz artıq 30 ilə yaxındır ki, bu hissləri yaşamağa davam edirik. Nəyə görə biz hər zaman böyük hesablı məğlubiyyətləri görürük? Digər təhlükəli tərəfi odur ki, aşağı yaş qruplarında nəticələr ürək açan deyil. Hər bir idmançı üzərində daşıdığı formanın məsuliyyəti dərk etməlidir”, - deyə komitə sədri vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью