Azərbaycan futbolu tarixinə düşən “Titanlar”

09.06.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv San Marino seçməsi ilə üz-üzə gələcək.

Dünyanın ən kiçik ölkələrindən sayılan San Marinonun əhalisinin sayı təxminən 40 minə yaxındır. Ölkənin futbol federasiyası 1931-ci ildə yaradılsa da, milli komanda 1986-cı ildə ilk oyununa çıxıb. San Marino 1988-ci ildə UEFA-ya, 1990-cı ildə isə FIFA-ya üzv olub.

UEFA-ya üzvlüyündən çox keçməmiş komanda adını futbol tarixinə yaza bilib. Belə ki, “cırtdanlar” 1993-cü ildə İngiltərə ilə dünya çempionatının seçmə mərhələsində 8.3-cü saniyədə hesabı açıb. Bu, futbol tarixində mundiallarda vurulan ən sürətli qollar arasındadır. Amma rekorda baxmayaraq, “Titanlar” həmin görüşdə qol vurmağına peşman olub. İngilislər bir qolun əvəzini yeddisi ilə çıxıb – 7:1.

Futbolda ən az qələbə qazanan kollektivlərdən olan “ağlar” ilk qalibiyyətini 2004-cü ildə Lixtenşteynlə oyunda alıb. San Marinonun “qənimi” elə məhz Lixtenşteyndir. Komanda 20 il sonra gələn ikinci qələbəsini də bu komandaya qarşı matçda qeyd edib.

“Transfermarkt”da dəyəri 1.15 milyon avro olan San Marino yığmasının heyətində ən dəyərli oyunçu qapıçı Edoardo Kolombodur. Maltanın “Qzira” klubunda çıxış edən qolkiperin qiyməti 350 min avrodur.

San Marinoda bir dönəmlər ikinci peşəsi futbol olanlar çıxış edirdisə, indi heyətin demək olar, bütün oyunçuları peşəkar oyunçulardır. Yığmada İtaliya, Malta kimi ölkələrdə legioner həyatı yaşayanlarda var.

San Marino yığmasına italiyalı Roberto Koveli rəhbərlik edir. O, 2023-cü ildən komandanın “sükanı arxası”ndadır. Milli onun başçılığı altında 2024-cü ildə UEFA Millətlər Liqasında qrup qalibi olmağı bacaramaqla tarixi nailiyyət əldə edib.

San Marino millisi iyunun 5-də Banqladeşlə yoldaşlıq oyunu keçirib və məğlub olub.

FIFA reytinqində sonuncu pillədə qərarlaşan San Marino buna qədər Azərbaycanla iki dəfə üz-üzə gəlib və məğlub olub – 0:1, 1:5. İkinci duel millimizin tarixinin ilk ən böyükhesablı qələbəsi kimi tarixə düşüb.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью