Azərbaycan futboluna tanış sima bu dəfə Qəbələdə olacaq

13.11.2024

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan millisinin UEFA Millətlər Liqasında noyabrın 16-da Estoniyaya qarşı keçirəcəyi oyunun baş hakimi Con Biton olacaq.

Futbolpress.az xəbər verir ki, referi daha əvvəl “Qarabağ”ın oyunlarına təyinat alıb.

Sonuncu dəfə oktyabrda Bakıda “Ayaks”a qarşı keçirilən Avropa Liqası matçında (0:3) idarəçilik edən şotlandiyalı referi bundan öncə isə 3 dəfə “atlılar”ın oyununda olub.

O, 2016/17 mövsümündə Yunanıstanda PAOK-la matçı (1:0), 2020/21 mövsümündə Bakıda “Makkabi” (Təl-Əviv) ilə görüşdə (1:1) və 2019/20 mövsümündə Lüksemburqda “Düdelanj” – “Qarabağ” oyununda (1:4) idarəçilik edib.

Biton daha əvvəl bir dəfə Azərbaycanın əsas millisinin oyununu idarə edib. O, 2019-cu ildə Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya məğlubiyyətdə (1:5) iş başında olub.

Kamil Əhməd

Əsas xəbərlər, Manşet, PRESSinq “Səbail” Cavid Hüseynovla; hara gedirsiniz..?

13 Noyabr 2024, 10:25

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan – Estoniya: hakimlər bilindi

13 Noyabr 2024, 10:21

Dünya futbolu, Əsas xəbərlər Paraqvayda “Messi qadağası”

13 Noyabr 2024, 9:51

Əsas xəbərlər, Premyer liqa Fasiləyə qədər: liderdən autsayderə kimi

13 Noyabr 2024, 9:26

Böyük beşlik, Əsas xəbərlər “Mançester Yunayted”in sabiq futbolçusu Amorimə inanır

13 Noyabr 2024, 9:14

Dünya futbolu, Əsas xəbərlər “Casusluq” edən məşqçi istefaya göndərildi

13 Noyabr 2024, 8:45

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью