Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Sabah”ın UEFA Çempionlar Liqasında “Mançester Yunayted”ə qarşı keçirdiyi oyunu fransalı baş hakim Villi Delaju idarə edəcək.
Futbolpress.az-ın məlumatına görə, FIFA referisi bu mövsüm ikinci dəfə “bayquşlar”ın matçına təyinat alıb.
O, Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda baş tutan “Sabah” – “Orhus” oyununda ədaləti qoruyub. Bu görüşdə “futuristlər” 4:0 hesablı qələbə qazanaraq, mərhələ adlamağı bacarmışdı.
Delaju bundan öncə də Azərbaycan klublarının oyunlarında olub. Fransalı referi 2021-ci ildə “Neftçi”nin Konfrans Liqasında İsrail “Makkabi”sinə qarşı keçirdiyi görüşdə ədaləti qoruyub. Matç qollu bərabərliklə başa çatıb – 3:3.
Fransız hakim daha sonra 2022-ci ildə Avropa Liqasında “Frayburq” – “Qarabağ” oyununda VAR hakimi qismində yer alıb. Bu matçda almanlar qələbəyə sevinib – 2:1.
Delaju növbəti dəfə 2023-cü ildə Avropa Liqasının III təsnifatında Finlandiyanın HİK komandası ilə “Qarabağ” arasında baş tutan matçda söz sahibi olub. Bu görüşdə Azərbaycan təmsilçisi qalib gəlib.
33 yaşlı hakim İngiltərə ilə Azərbaycan komandaları arasında da bir görüşü idarə edib. Delaju 2024-cü ildə Londonda keçirilən “Tottenhem” – “Qarabağ” oyununun baş hakimi olub və bu matç ingilislərin qələbəsiylə yekunlaşıb.
Sentyabrın 10-da keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyununa saat 23:00-da start veriləcək.
Şahin Cəfərov