Azərbaycan futbolunda çalışmış tanınmış həkim vəfat edib

07.02.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan futbolunda çalışan tanınmış həkim Sədrəddin Məmmədov dünyasını dəyişib.

İdman.biz xəbər verir ki, ötən ilin sonlarında onun səhhətində ciddi problem yaranıb.

Qanında infeksiya tapılan həkim uzun müddət müalicə olunsa da dünən vəfat edib. Sədi həkim kimi tanınan mərhum "Qarabağ", "Neftçi", "Kəpəz", "Turan", "Səbail" və Azərbaycanın aşağı yaş yığmalarında faəliyyət göstərib.

Qeyd edək ki, Məmmədov Gəncədə dəfn olunacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью