Azərbaycan futbolunda növbəti biabırçılıq: “Oyuna hakim göndərmək yaddan çıxıb” İdmanXəbər

12.12.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

Dünən U 15 liqasında keçirilməli olan EFA – “Qəbələ” görüşü baş tutmayıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb görüşün hakimlərinin matça gəlməməsi olub. Bu barədə “Qəbələ”nin məşqçisi Namiq Hacızadə feysbuk hesabından paylaşım edib.

O bildirib ki, çempionatı təşkil edənlər matçda hakim göndərməyi unudub. Bu səbəbdən Hacızadə oyun keçirilmədən Qəbələyə qayıtdıqlarını qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью