Azərbaycan futbolunda növbəti sürpriz

24.06.2025

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Baku Sportinq"də Elman Sultanov dönəmi başa çatıb. 
Demokrat.az
xəbər verir ki, buzovna təmsilçisi 51 yaşlı mütəxəssislə yolların ayrılmasına qərar verib.
Sultanov 2023-cü ildən bu klubu çalışdırırdı.
Onun rəhbərliyi altında komanda 2023/24 sezonunda İkinci Liqanın çempionu olaraq Birinci Liqaya vəsiqə qazana bilmişdi.
"Baku Sporting" başa çatan mövsüm 28 xalla 10 komanda arasında liqanı 8-ci sırada tamamlayıb.
Bu ayrılığın ən təəccüblü tərəfi odur ki, Bakı klubu təcrübəli mütəxəssislə bir neçə ay əvvəl 6 illik yeni müqavilə imzalamışdı.(sportinfo.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью