Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycan futbolunun hakimliklə bağlı problemləri tükənmək bilmir.
Publika.az xəbər verir ki, ön planda Premyer Liqa olduğundan, daha çox çempionatda baş verənlər müzakirə olunur.
Ancaq aşağı liqalarda və AFFA-nın bayrağı altında keçirilən digər çempionatlarda da vəziyyət yaxşı deyil. Məsələn, U-15 liqasında.
Ötən həftə sözügedən yaş qrupu üzrə keçirilən “Turan Tovuz” – “Qarabağ” matçında hakimliklə bağlı xoşagəlməz hadisə yaşanıb.
Görüşə təyinat alan referi Samir Hüseynov və onun köməkçisi, laynsman Taleh Məmmədova oyunda ədaləti qorumaq tapşırılsa da, onlar meydanda özlərini başqa formada aparmaq qərarına gəliblər.
Sözügedən hakimlər qarşılaşma boyu yeniyetmə futbolçuları təhqir edib və onlara qarşı nalayiq ifadələrdən istifadə ediblər.
Edilən etirazlara rəğmən, hakimlər özlərini toparlamayıblar. Özlərini ədalət təmsilçisi kimi yox, meydanın “vor zakon”u kimi aparıblar.
Sözügedən liqalara nəzarət, videoçəkilişlər olmadığından, bu faktları sübuta yetirmək çətindir.