Azərbaycan futbolunda xoşagəlməz hadisə Futbolçunun forması oğurlandı

03.03.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Martın 1-də 2-ci Liqada mübarizə aparan “Quba Haypers” – “Şəmkir” komandalarının oyununda xoşagəlməz hadisə yaşanıb.

Gununsesi.info Teleqraf – a istinadən xəbər verir ki, qonaq komandanın 2:1 hesablı qələbəsinin rəsmiləşdiyi Quba Olimpiya Kompleksinin stadionunda oğurluq hadisəsi olub.

Matç zamanı “Şəmkir”in heyətində meydana daxil olmaq istəyən 21 nömrəli futbolçu Məmməd Məmmədovun geyimi yoxa çıxıb.

Ehtiyat forması olmadığı üçün 20 yaşlı Məmmədov meydana çıxa bilməyib.

Qərb təmsilçilərinin məşqçilər korpusu, administratoru hadisə barədə AFFA nümayəndəsini məlumatlandırıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью