Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 iyun, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik ola bilər.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, mayın 31-də müqavilələri başa çatan Vitali Borisov və köməkçiləri barədə yekun qərarı Azərbaycan Futzal Federasiyası (AFF) verəcək.
Federasiya rəhbərliyi hazırda bir neçə mütəxəssislə danışıqlar aparır. Onların arasında V.Borisovla yanaşı, adları hələlik açıqlanmayan yerli və əcnəbi məşqçilər də var.
Yeni baş məşqçi ilə bağlı son qərarı AFFA İcraiyyə Komitəsi verəcək. Qurumun növbəti iclasında yeni çalışdırıcının kimliyinə aydınlıq gələcək.