Azərbaycan Futzal Federasiyasının prezidenti millinin sabiq kapitanının iradlarına münasib…
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov millinin sabiq kapitanı Rizvan Fərzəliyevin ona laqeyd münasibət göstərilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Qurum rəsmisi bu barədə "Report"a danışıb. O, 45 yaşlı sabiq oyunçunun xidmətlərinə görə yüksək məbləğdə maaş və bonuslar aldığını qabardıb:
Hər bir peşə sahibinin öz öhdəliyi, vəzifə borcu var və buna görə də maaş alır. İdmanda da belədir.
Rizvanı “Araz-Naxçıvan” komandasına vaxtilə mən dəvət etmişəm.
Elə məsələlər var ki, bu, klubla futzalçı arasında olduğuna görə açıqlamağı lazım bilmirəm.
Millinin və “Araz-Naxçıvan”ın keçmiş baş məşqçisi Joze Alesio Da Silva ilə bağlı narazılığını dilə gətirib.
Halbuki Rizvanın həm millinin, həm də “Araz-Naxçıvan”ın aparıcı üzvü olmasına birbaşa səbəbkar məhz Alesiodur.
Tam oxu
Xəbəri oxu