Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

15.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 oktyabr, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, DÇ-2028-in 12-ci qrupunda yer alan yığma noyabrın 5-də Çexiyanı qəbul edəcək. Matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Lənkəran Olimpiya İdman Kompleksi 2018-ci ildə istifadəyə verilib. İdman zalının azarkeş tutumu 788 nəfərlikdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью